Jan 21, 2019 09:12 Asia/Baku
  • AiP rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib
    AiP rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan İslam Partiyasının rəhbərliyi və funksionerləri Şəhidlər Xiyabanını ziyarət edib.

İslaminSesi” xəbər verir ki, 20 yanvar faciəsinin 29- cu ildönümü münasibəti ilə dövlət və hökumət strukturlarının , partiya və təşkilatların rəhbərləri , ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Azərbaycan İslam Partiyasının rəhbərliyi və funksionerləri də, 20 yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə Şəhidlər Xiyabanında olublar. Şəhid məzarları önünə əklil və gül dəstələri düzərək, onların ruhuna dualar oxuyublar.

 

Şərhlər