Feb 08, 2019 18:53 Asia/Baku
  • Bakıda Xəzəryanı ölkələrin işçi qrupunun iclası keçiriləcək

Xəzəryanı ölkələrin işçi qrupunun bu dənizin hüquqi statusu konvensiyasının icrasına həsr olunan ilk iclası fevralın 19-u və 20-də Bakıda keçiriləcək.

Bu iclasda xəzəyanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində təşkil olunmuş beşinci sammitinin nəticələri, eləcə də bu sammitdə keçirilən Xəzər dənizinin hüquqi statusunun təyini konvensiyasında əks etdirilən bəzi məsələlər araşdırılacaq. Azərbaycan Respublikası tərəfindən bu ölkənin nazirlər kabineti aparatının sədri Xələf Xələfov həmin işçi qrupunun iclasında iştirak edəcək. 

Xəzərin hüquqi statusunun təyini konvensiyası sahilyanı ölkələrin 2018-ci ilin avqust ayında Qazaxıstanın Aktau şəhərində keçirilən sammitində imzalandı və bu ölkələrin dövlət başçılarının birgə bəyanatı yayıldı. Bu sənədlərə əsasən, Xəzər dənizində həmkarlıq yollarının araşdırılması və konvensiyanın səmərəli icrası məqsədilə beştərəfli məşvərət mexanizmi kimi yüksək səviyyəli işçi qrupu yaradıldı.

Şərhlər