Feb 10, 2019 14:00 Asia/Baku
  • Bakıda Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın məhsuldar həyatına həsr olunmuş tamaşa göstərilib
    Bakıda Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın məhsuldar həyatına həsr olunmuş tamaşa göstərilib

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü ilə bir zamanda Azərbaycan Respublikasının paytaxtı Bakıda "İsmətli ömrün hekayəsi" tamaşası göstərilib.

Bu tamaşada Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın Qədir hadisəsindən o iki aləmin böyük xanımının şəhadətinədək olan məhsuldar həyatının bir güşəsi Azərbaycan Respublikasının on dörd sənətçisinin, o sıradan Əhli-Beyt(ə) məddahları və zakirlərindən beş nəfərin ifası ilə icra olunub.

İşıq və musiqidən istifadə, tamaşa, təziyənin birləşdirilməsi, Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın məhsuldar həyatının tarixi, həmçinin onun barəsində rəvayət və hədislərdən bəhrələnmə, bu incəsənət əsərinə gözəllik cilvəsi bəxş edibdir.

Bu incəsənət əsəri İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesinin ciddi-cəhdi ilə Bakıdakı Şəhriyar adına mədəniyyət evində icra edilibdir.

Şərhlər