Feb 10, 2019 18:07 Asia/Baku
  • İran-Azərbaycan R. əlaqələri genişlənməkdədir
    İran-Azərbaycan R. əlaqələri genişlənməkdədir

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri deyib: Tehran və Bakı öz ticarət mübadilələri həcmini ildə beş milyard dollara çatdırmaq niyyətindədirlər.

Cavad Cahangirzadə Bakıda bir mətbuat müsahibəsində bildirib ki, 2018-ci ildə Azərbaycan Respublikası ilə İran arasındakı ticarət dövriyyəsi 73 faiz artıb. O, əlavə edib: Azərbaycan Respublikası ilə İran arasındakı ticarət həcminin iri səviyyədə artırılması mümkündür.

Cahangirzadə vurğulayıb: İki ölkə arasında maneə yaratmaq istəyən qüvvələr mövcuddur. Amma onlar uğur qazanmayacaqlar. O, deyib: Azərbaycan Respublikasının statistikalarına əsasən, 2018-ci ildə bu ölkə vətəndaşlarının ən çox xarici səfəri İrana olub və 32 faizlik artımdan xəbər verir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri həmçinin deyib: Prezidentlər arasındakı anlaşmaya əsasən, iki ölkə müştərək xəstəxana təsis edəcək.

Cahangirzadə İranın Qarabağ münaqişəsi barədəki mövqeyi ilə bağlı belə deyib: İran bu münaqişənin dinc həllini himayə edir və bölgədə müharibə ilə müxalifdir.

Teqlər

Şərhlər