Feb 11, 2019 09:06 Asia/Baku
  • İ.Əliyev İslam İnqilabının 40-cı ildönümü gününü təbrik edib

Azərbaycan Respublikası prezidenti İran İslam İnqilabının 40-cı ildönümü günü münasibətilə İran İslam Respublikasının xalqı və dövlətini təbrik edib.

İlham Əliyev dünən İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə ünvanladığı bu təbrik müraciətində deyib:

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Bu təbrik müraciətində deyilir ki, Azərbaycan Respublikasının xalqı və dövləti İranın xalqı və dövlətinə daim əmin-amanlıq, firavanlıq, uğur və başıucalıq diləyirlər.

1357-ci günəş ili bəhmənin 22-də, başqa sözlə, 1979-cu il fevralın 11-də əzəmətli İran İslam İnqilabı İmam Xomeyni(r.ə)-in rəhbərliyi altında zəfər çaldı.

Teqlər

Şərhlər