Feb 12, 2019 14:57 Asia/Baku
  • İranın Azərbaycandakı səfiri: Azadlıq və müstəqillik İslam İnqilabının İran xalqına töhfəsi olub
    İranın Azərbaycandakı səfiri: Azadlıq və müstəqillik İslam İnqilabının İran xalqına töhfəsi olub

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri İslam İnqilabının İran xalqı üçün başlıca töhfəsini müstəqillik və azadlıq adlandırdı.

İRİB-nin verdiyi məlumata görə, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bazar ertəsi günü Bakıda İran İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibətilə təşkil edilmiş mərasimdə dedi: İran bu gün həmişə olduğundan daha güclüdür və öz ideyaları yolunda möhkəm addımlarla addımlayır.

Azərbaycan Respublikasının dövlət rəsmiləri, dini, ictimai, mədəni və siyasi xadimləri habelə, xarici ölkələrin Bakıdakı səfirləri və diplomatlarının iştirak etdiyi bu mərasimdə Tehran-Bakı əlaqələrindəki inkişafa işarə edən İran səfiri dedi:  İran Azərbacyan Respublikası vətəndaşları üçün ilk xarici səfər məqsədinə çevrilib və iki ölkə arasındakı ticarət mübadiləsinin həcmi bir m ilyard dollara çatıb.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də bu mərasimdə çıxış edərək, dedi: İran İslam Respublikası İslam İnqilabının qələbə çalmasından sonra bir çox ölkə ilə iqtisadi və ticarət əlaqələri qurub və dünyanın siyasi-iqtisadi sferasında önəmli rola və layiqli mövqeyə malikdir.

Teqlər

Şərhlər