Mar 15, 2019 10:38 Asia/Baku
  • Əliyev erməni qüvvələrin Qarabağdan çıxmaları vacibliyini vurğulayıb

Azərbaycan Respublikası prezidenti bildirib ki, Ermənistan öz qüvvələrini Qarabağdan çıxarmalıdır.

İlham Əliyev dünən Bakıda 7-ci ümumdünya forumunun açılış mərasimində BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən beynəlxalq hüquqların pozulması haqdakı qətnamələrinə işarə edərək, deyib ki, bu qətnamələr Ermənistanı Qarabağın işğalına son qoymağa çağırır.

Azərbaycan Respublikası prezidenti əlavə edib ki, bu ölkə xalqı etnik təmizlənməyə məruz qalıb və onların tarixi abidələri Ermənistan tərəfindən məhv edilibdir.

Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr prosesinin irəlilədilməsinə öz hazırlığını elan edən Əliyev qeyd edib ki, müzakirələr Azərbaycan Respublikasının ərazi bütövlüyü və təmərküzləşmiş nəticə almaq üçün qorunmalıdır.

Teqlər

Şərhlər