Mar 15, 2019 18:53 Asia/Baku
  • İran ilə Azərbaycan Respublikası arasında üç əməkdaşlıq sənədi imzalanıb

İranın iqtisadiyyat və maliyyə naziri və Azərbaycan Respublikasının iqtisadiyyat naziri iki ölkənin birgə iqtisadi əməkdaşlıq komissiyasının on üçüncü iclasında üç əməkdaşlıq sənədi imzalayıblar.

İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd bu sənədlərin imzalanması mərasimində deyib: İran ilə Azərbaycan Respublikası iki dost və qardaş ölkə olaraq, çox uzun tarixi keçmişə malikdirlər və bu gün bu tarixi keçmiş iki ölkə anlaşmalarının gələcəyini nəzərdə tutaraq, daha dərin iqtisadi əlaqələrə çevrilməlidir.

Dejpəsənd əlavə edib: İran və Azərbaycan Respublikası iki qonşu ölkə kimi strateji əlaqələri genişləndirmək və uzunmüddətli hədəflərə çatmaqla qonşu ölkələrin inkişafı üçün münasib məcra və istiqamət ola bilərlər.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də iki ölkənin birgə iqtisadi əməkdaşlıq komissiyasının on üçüncü iclasında əldə olunmuş razılaşmalar və nəticələri iki ölkə arasındakı iqtisadi anlaşmaların gələcəyi üçün olduqca mühüm adlandırıb.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri deyib: Bu iclasın sonunda imzalanmış memorandum iki ölkənin qarşıdakı bir ildə olacaq birgə iqtisadi fəaliyyətləri üçün əldə olunan bütün razılaşmaları əhatə edir.

Bu mərasimdə İranın “Qartal” özəl şirkəti və Azərbaycan Respublikasının “Azərmaş” şirkəti tərəfindən avtobus istehsalı zavodunun inşası, həmçinin bu azəri şirkətlə İranın “Ettehad” özəl şirkəti tərəfindən Azərbaycan Respublikasının Neftçala sənaye şəhərciyində avtomobillər üçün detalların istehsalı zavodunun tikintisi ilə bağlı anlaşma sənədi imzalandı.

İran və Azərbaycan Respublikasının birgə iqtisadi əməkdaşlıq komissiyasının ikigünlük on üçüncü iclası martın 14-ü və 15-də Bakıda keçirildi.

 

 

Teqlər

Şərhlər