Mar 16, 2019 10:28 Asia/Baku
  • Dejpəsənd: Tehran və Bakı iqtisadi əməkdaşlıqlar üçün mühüm qərarlar qəbul etdilər
    Dejpəsənd: Tehran və Bakı iqtisadi əməkdaşlıqlar üçün mühüm qərarlar qəbul etdilər

İranın iqtisadiyyat və maliyyə işləri naziri dedi: 13-cü İran - Azərbaycan İqtisadiyyat Forumu yaxşı nailiyyətlərə malik oldu və növbəti ildə iqtisadi və elmi əməkdaşlıqlara dair qərarlar qəbul edildi.

İRNA-nın məlumatına görə, İranın iqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dejpəsənd cümə günü Bakıda 2 günlük İran - Azərbaycan İqtisadiyyat Forumunun başa çatmasından sonra dedi: İclasın yekun anlaşma sənədi ilə  yanaşı avtobus və avtomobillər üçün yedək hissələr istehsal edəcək iki zavodun quraşdırılmasına dair də sənədlər imzalandı. 

Dejpəsənd İran və Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişaf etməkdə olduğunu deyərək, 2018-ci ildə iki ölkə arasında ticarət mübadiləsinin 74%-lik inkişafa malik olduğuna işarə etdi və dedi: İki ölkə rəsmilərinin iradəsi bu kursu davam etdirməkdir. 

13-cü İran - Azərbaycan İqtisadiyyat Forumu 14-15 mart tarixlərində Bakıda keçirildi. 

Bu icasda İran və Azərbaycan arasında sərmayə qoyuluşu, ticarət, bank və maliyyə əməkdaşlıqları, gömrük və sərhəd məsələləri, rabitə, enerji və ekologiya, kənd təsərrüfatı, qida təhlükəsizliyi və səhiyyə, elm, təhsil, mədəniyyət və turizm sahələrini əhatə edən mövzular 8 işçi qrupu tərəfindən araşdırıldı. 

Teqlər

Şərhlər