May 11, 2019 07:28 Asia/Baku
  • Azərbaycanlı qız müsəlman oldu
    Azərbaycanlı qız müsəlman oldu

Türkiyə televiziyasında maraqlı hadisə baş verib.

İslamazeri.com ölkə.az-a istinadən bildirir ki, "ATV" kanalında Ramazan bayramı ilə əlaqədar yayımlanan verilişdə hollandiyalı bir qonaq Kəlimeyi-şəhadət gətirərək müsəlman olub.

 

Tamaşaçılar arasında olan Anna mikrofonu götürərək Hollandiyadan gəldiyini və müsəlman olmaq istədiyini deyib. Anası hollandiyalı, atası azərbaycanlı olan Annanın nişanlısı türkdür. O, "Annanın bu qərarına mənim təsirim yoxdur. Özü araşdırdı, müsəlman olmaq istədiyini dedi. Mən də sizin yanınıza gətirdim" deyib.

Annanın adı bundan sonra Tuana olacaq.

 

 

Şərhlər