May 13, 2019 17:43 Asia/Baku
  • İran və Azərbaycan R. arasında idman anlaşması
    İran və Azərbaycan R. arasında idman anlaşması

İran İslam Respublikasının idman və gənclər naziri və Azərbaycan Respublikasının idman və gənclər naziri keçirdikləri görüşdə qarşılıqlı həmkarlıqların yollarını araşdırıblar.

İran İslam Respublikasının idman və gənclər naziri Məsud Soltanifər deyib ki, İran və Azərbaycan Respublikası idmanları arasında həmkarlıq üçün bir çox sahələr mövcuddur.

Soltanifər söyləyib: Bu danışıqlarda Azərbaycan Respublikası idmançılarının idman geyimləri və ləvazimatlarının təmini, həmçinin idman məkan və komplekslərinin inşası barədə razılıqlar əldə olundu.

İran İslam Respublikasının idman və gənclər naziri həmçinin deyib: Azərbaycan Respublikasının idman və gənclər naziri məşqçi mübadiləsi və birgə məşqlərin təşkili, həmçinin iki ölkənin futbol komandaları arasında dostluq görüşlərinin keçirilməsi barədə təkliflər irəli sürdü.

Azad Rəhimov da bu görüşdə iki ölkə arasındakı dərin mədəni köklərə əsasən, İranla əməkdaşlığın genişləndirilməsini öz hökuməti və nazirliyinin proqramlarının prioriteti adlandırdı və belə dedi: Atədən bu cür iclaslar təqribən 25 dəqiqə sürür, lakin biz iki ölkə arasında həmkarlıq istiqamətində malik olduğumuz müxtəlif proqramlara görə, bu iclasın uzun sürməsinin şahidi olduq.

O, sonra deyib: İranın idman imkan və məhsulları çox yaxşı və moderndir və biz İranın həm idman növlərinin özləri, həm də idman məkanlarının inşası üzrə müxtəlif idman sahələrindəki təcrübələrindən bəhrələnməyə çalışırıq.

 

Şərhlər