May 13, 2019 18:57 Asia/Baku
  • Bakının İngiltərə xarici işlər nazirliyinin xəbərdarlıqlarına reaksiyası
    Bakının İngiltərə xarici işlər nazirliyinin xəbərdarlıqlarına reaksiyası

Azərbaycan Respublikasının xarici işlər nazirliyi İngiltərə xarici işlər nazirliyinin UEFA Avropa Liqası turniri finalının keçirilməsi münasibətilə Bakıya səfər barədəki xəbərdarlıqlarına reaksiya verib.

Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü Leyla Abdullayeva bu barədə belə deyib: İngiltərə xarici işlər nazirliyinin UEFA Avropa Liqası turnirinin mayın 29-da keçiriləcək finalı zamanı Bakıya səfər barədəki tövsiyələri dərkolunmaz və təəccübdoğurandır.

Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü bu ölkədə tam təhlükəsizliyin mövcud olmasına işarə edərək, deyib: Birinci Avropa Oyunları və İslam Ölkələrinin Dördüncü Oyunlarının təşkili, Formula-1 yarışlarının ardıcıl şəkildə keçirilməsi, həmçinin Qarabağ-Çelsi yarışının 2017-ci ildə təşkili bu ölkənin təhlükəsizliyini göstərir və bu mühüm beynəlxalq tədbirlərə tamaşa etmək üçün Azərbaycan Respublikasına səfər edən bütün xarici ölkə vətəndaşları bu cür geniş və mühüm tədbirlərin keçirilməsindən, eləcə də mövcud sabitlikdən, təhlükəsizlik və ictimai asayilşin təmin olunmasından razı olublar.

O, əlavə edib: Azərbaycan Respublikası bir turist ölkəsidir; hər il müxtəlif ölkələrdən ona səfər edirlər. Təhlükəsizlik və asayiş Azərbaycan Respublikasının digər özəllikləri ilə yanaşı, bu ölkəyə turist cəzbinin başlıca amilləridir.

Şərhlər