Jun 20, 2019 21:33 Asia/Baku
  • İran-Azərbaycan R. birgə komissiyasının iclası keçirilib
    İran-Azərbaycan R. birgə komissiyasının iclası keçirilib

İran İslam Respublikası və Azərbaycan Respublikasının birgə komissiyasının Naxçıvanda Araz çayının su ehtiyatları və enerjisindən istifadə barədəki iclası əməkdaşlıq protokolunun imzalanması ilə başa çatıb.

Daxil olan məlumata görə, Naxçıvan Dövlət Su Təchizatı və Suvarma Komitəsinin sədri Əsgər Əsgərov bu iclasda İran İslam Respublikası və Azərbaycan Respublikasının əlaqələrinin iki ölkənin maraqları əsasında genişlənməsinə işarə edərək, deyib: İki ölkənin yüksək vəzifəli rəsmilərinin qarşılıqlı səfərləri, əldə olunmuş razılıqlar və icra edilmiş birgə layihələr ikitərəfli əlaqələri daha da gücləndiribdir.

Şərhlər