Jul 01, 2019 20:52 Asia/Baku
  • İranın Hirkani meşələri YUNESKO-nun mədəni irs siyahısında qeydə alınmağa hazırdır
    İranın Hirkani meşələri YUNESKO-nun mədəni irs siyahısında qeydə alınmağa hazırdır

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı- YUNESKO-nun beynəlxalq irs komitəsinin 43-cü konfransı Azərbaycan Respublikasının paytaxtı- Bakıda işə başlayıb. Konfransda İran İslam Respublikası daxil olmaqla 180 ölkədən 250 nümayəndə, həmçinin bir neçə beynəlxalq orqan və təşkilat iştirak edir.

İran Xarici İşlər Nazirliyində YUNESKO məsələləri üzrə məsul şəxs və İranın YUNESKO iclasındakı nümayəndəsi Əkbər Rezayi IRIB-nin Bakı müxbiri ilə müsahibədə Hirkani meşələrinin önəmini qeyd edib. O, deyib: Bu meşələr yer kürəsinin ən qədim meşələridir. Təxminlərə əsasən, qırx milyon il yaşı var və buz dövrünə aiddir.

O, əlavə edib: Bu meşələrin iki milyon hektara yaxını İran İslam Respublikası ərazisində və onun təqribən 20 min hektarı, yəni təkcə bir faizi isə Azərbaycan Respublikasının ərazisində yerləşir.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbulfəs Qarayev də bu konfransın kənarında verdiyi müsahibədə Hirkani meşələri işinin İran İslam Respublikası tərəfindən YUNESKO-nun mədəni irslər siyahısında qeydə alınmağa təqdim olunmasını alqışlayaraq, deyib: Bu ərazinin YUNESKO-da qeydə alınmaq üçün İran tərəfindən təqdim edilməsi yaxşı və bəyənilən bir təşəbbüsdür və məncə, ilkin nəticələrə əsasən, YUNESKO-nun siyahısında yerləşmək şansına da malikdir.

 

 

 

Şərhlər