Jul 04, 2019 08:41 Asia/Baku
  • İranın parlament heyəti Azərbaycan R. parlamentinin sədr müavini ilə görüşüb
    İranın parlament heyəti Azərbaycan R. parlamentinin sədr müavini ilə görüşüb

İran İslam Respublikasının parlament heyəti Bakıda Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb.

İran İslam Şurası Məclisinin plan, büdcə və mühasibat komissiyasının sədri Qolamreza Tacgərdun bu görüşdə deyib: İki ölkənin dərin tarixi, mədəni və dini ortaqlıqları və bağları tələb edir ki, ikitərəfli münasibətlər geniş miqyasda inkişaf etdirilsin.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini də bu görüşdə iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərini Bakı-Tehran münasibətlərinin genişləndirilməsi üçün mühüm dəyərləndirib.

Əsgərov həmçinin deyib: İranlı iqtisadi fəalların qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının iqtisadi layihələrində iştirakı üçün şərait yaranıbdır.

Teqlər

Şərhlər