Aug 09, 2019 17:54 Asia/Baku
  • Azərbaycan Respublikasının Xəzərə süqut etmiş qırıcısının bəzi hissələri tapılıb

Azərbaycan Respublikası hava qüvvələrinin iyulun 24-də Xəzər dənizinə süqut etmiş Miq-29 qırıcısının bəzi hissələri bu ölkənin və Türkiyənin ekspertləri tərəfindən aşkar edilib.

Azərbaycan Respublikası müdafiə nazirliyinin xəbər portalının məlumatına görə, bu ölkənin hava qoşunlarının Miq-29 qırıcısının bəzi hissələri dünən gecə axtarış qrupu tərəfindən Xəzər dənizi sularında tapılaraq, sudan çıxarılıbdır.

Bu məlumata görə, hazırda axtarış qrupunun bu qırıcının əsas hissələrinin sudan çıxarılması istiqamətindəki fəaliyyəti davam edir.

Azərbaycan Respublikası ordusunun hava qüvvələrinin Miq-29 qırıcısı iyulun 24-də gecə təlimi uçuşu zamanı Xəzər dənizinə süqut etdi.

Bu qırıcının süqut etməsinin ardınca Azərbaycan Respublikasının müdafiə nazirliyi onu tapmaq üçün axtarış qərargahı yaratdı və axtarış əməliyyatına başladı.

Türkiyənin mütəxəssis qüvvələri də iyulun 31-də axtarış əməliyyatında Azərbaycan Respublikasına kömək etmək üçün bu qərargaha gəldilər.

Bakının informasiya mənbələri dünən Rusiyanın axtarış qrupunun da sabahdan axtarış əməliyyatına qoşulacağından xəbər verdilər.

Hazırda qırıcını və onun pilotunu tapmaq üçün əlli axtarış əməliyyatı qrupu səy göstərir.

Şərhlər