Aug 10, 2019 18:06 Asia/Baku
  • Azərbaycan Respublikasında zəlzələ
    Azərbaycan Respublikasında zəlzələ

Rixter şkalası ilə altı bal gücündə zəlzələ Azərbaycan Respublikasının bəzi məntəqələrini titrədib.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Seysmologiya İnstitununun bildirdiyinə görə, bu yeraltı təkan yerli vaxtla 11:35 dəqiqədə baş verib və Qax, Balakən və Zaqatalanı titrədibdir.

Bu məlumata görə, zəlzələnin episentri Zaqatalanın cənub-qərbindən 18 kilometr aralıda yerin 2 kilometr dərinliyində olubdur.

Hələ bu yeraltı təkandan ehtimal olunan xəsarətlər barədə bir məlumat əldə olunmayıbdır.

Zaqatala rayonu Bakıdan 418 kilometr aralıda yerləşir.

Şərhlər