Aug 14, 2019 18:38 Asia/Baku
  • Paşinyan QDQR-ə maliyyə yardımı göstərib
    Paşinyan QDQR-ə maliyyə yardımı göstərib

Ermənistanın baş naziri qondarma Dağlıq Qarabağ respublikasına təqribən üç milyard dram, yəni altı milyon dollardan çox yardımdan xəbər verib.

Nikol Paşinyan ictimai şəbəkələrdə yaydığı məlumatda bəyan edib ki, Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ Respublikası ordusunun təqaüdçülərinin mənzil problemlərini həll etmək üçün təxminən üç milyard dram pul xərcləyəcək.

Ermənistanın baş naziri bundan əvvəl qondarma Dağlıq Qarabağ respublikasının mərkəzi Xankəndi şəhərinə səfəri zamanı vəd vermişdi ki, 2023-cü ilədək qondarma Dağlıq Qarabağ Respublikası ordusunun təqaüdçülərinin mənzil problemini həll edəcəkdir.

Ermənistanın baş naziri bu səfərdə ermənilərin birliyi vacibliyini, həmçinin Qarabağın həmişəlik olaraq Ermənistana məxsus olduğunu vurğulayıb.

Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ üstündə münaqişə 1988-ci ildə başlandı və 1991-ci ildə hərbi münaqişəyə çevrildi və bu münaqişənin nəticəsi olaraq Dağlıq Qarabağ rayonu və yeddi ətraf şəhər Ermənistan qüvvələrinin nəzarəti altına keçdi.

Teqlər

Şərhlər