Oct 08, 2019 15:44 Asia/Baku
  • Binə ticarət mərkəzində yanğın
    Binə ticarət mərkəzində yanğın

Yerli vaxtla bu günün ilk saatında Bakıdakı Binə ticarət mərkəzində yanğın baş verib.

Azərbaycan Respublikasının fövqəladə hallar nazirliyinin bildirdiyinə görə, yanğın yerli vaxtla oktyabrın səkkizinə keçən gecə saat 00-41 dəqiqədə bu nazirliyə elan olunub və yanğınsöndürmə maşınları müxtəlif orqanlardan olan 218 nəfərin iştirakı ilə iki saata yaxın səydən sonra yanğını söndürə biliblər.

Azərbaycan Respublikası səhiyyə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğına məruz qalmış mağaza sahiblərindən dörd nəfər öz mallarını köçürən zaman yanıqlara və tüstü ilə boğulmaya düçar olub. Onlardan üç nəfər hadisə yerində müalicə olunub. Bir nəfər isə xəstəxanaya köçürülüb.

Yanğın təqribən 2500 kvadratmerlik bir ərazidə, ticarət mərkəzinin paltar mağazaları sırasında baş verib. Yanğının səbəbi və dəymiş xəsarətin miqdarı bəlli deyildir.

 

Şərhlər