Nov 09, 2019 11:00 Asia/Baku
  • Leyla Abdullayeva: “Ermənistan xarici işlər naziri yeni heç bir fikir söyləməyib”
    Leyla Abdullayeva: “Ermənistan xarici işlər naziri yeni heç bir fikir söyləməyib”

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bildiribki, “Ermənistan xarici işlər naziri yeni heç bir fikir söyləməyib”.

Leyla Abdullayeva Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın İsveçin Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib: “Əslində beynəlxalq səviyyədə işğalçı kimi tanınan bir ölkə rəsmisinin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsindəki ərazilərini guya ki, özünün işğal etməsi barədə eyni əsassız iddiaları, normal deyil”.  

Azərbaycan XİN-in mətbuat katibi  qeyd edib :"mövcud həqiqətləri saxtalaşdıraraq, onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur ki, bunu da ən yaxşı Ermənistan bacarır”, - deyə o əlavə edib.

Şərhlər