Nov 10, 2019 20:51 Asia/Baku
  • BQXK-nin Bakı ofisinin sədri İranın baş konsulu ilə görüşüb
    BQXK-nin Bakı ofisinin sədri İranın baş konsulu ilə görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sədri Yelena Almiyune Sisera İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu ilə görüşüb.

Bu komitənin Azərbaycan Respublikasındakı nümayəndəliyinin müdafiə məsələləri üzrə koordinatorunun iştirakı ilə İranın baş konsulluğu məkanında keçirilən bu görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasında, o cümlədən münaqişəli Qarabağ komitəsinin fəaliyyəti barədə hesabat təqdim olunub.

Xanım Sisera bu görüşdə belə qeyd edib: Beynəlxalq Qızıl Xaç Komitəsi müharibə bölgələrində zərər çəkmiş ailələr ilə bağlı əsas problemlərə baxmağa və öldürülmüş və zərər çəkmiş şəxslərin taleyindən xəbərləri onların ailələrinə çatdırmağa səy göstərir.

Seyyed Əhməd Hoseyni də İran-Naxçıvan münasibətlərini şərh edərək, İranın Qarabağ müharibəsi dövründəm Naxçıvana göstərdiyi yardımlara toxunub.

Hoseyni həmçinin söyləyib: Naxçıvan sakinləri özlərinin bəzi ehtiyaclarını, o sıradan müalicə və dərman ehtiyaclarını aradan qaldırmaq üçün İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinə səfər edirlər.

 

Şərhlər