Nov 11, 2019 20:52 Asia/Baku
  • Azərbaycan XİN Lavrovun İrəvanda səsləndirdiyi fikirlərə münasibət bildirib
    Azərbaycan XİN Lavrovun İrəvanda səsləndirdiyi fikirlərə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvanda keçirilən mətbuat konfransı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandırarkən səsləndirdiyi fikirlərinə münasibət bildirib.

Məlumatda qeyd olunur ki, Az'rbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir.

L.Abdullayeva qeyd edib ki, Münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər.

 

Şərhlər