Nov 12, 2019 13:06 Asia/Baku
  • ​​​​​​​Bakıda “Caspian Ecology” - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək
    ​​​​​​​Bakıda “Caspian Ecology” - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək

Noyabrın 13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə "Caspian Ecology" sərgisinə həsr olunmuş mətbuat konfransda bildirilib.
 
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyevin sözlərinə görə, sərgi ETSN,  IDEA İctimai Birliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir: “Caspian Ecology” sərgisi faydalı əlaqələr qurmaq və ekologiya sənayesinin aktual təmayülləri ilə tanış olmaq üçün effektiv platformadır. "Caspian Ecology” sərgisi ilk dəfə 2010-cu ildə keçirilib. Həmin vaxtdan bəri həm Azərbaycan, həm də region mütəxəssisləri arasında bu sərginin nüfuzu durmadan artır. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib. Sərgi növbəti dəfə ictimaiyyətin və müvafiq qurumların diqqətini ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadənin optimallaşdırılması və bərk tullantıların təkrar emalı kimi mövzulara cəlb etmık məqsədi daşıyır".

 

Şərhlər