Nov 13, 2019 19:39 Asia/Baku
  • Ə. Ebrahimi-Torkəman Azərbaycan R-nın prezidenti ilə görüşüb

İranın İslami mədəniyyət və əlaqələr təşkilatının sədri bu gün günortadan öncə Azərbaycan Respublikasının prezidenti ilə görüşdə xəzəryanı ölkələrin mədəniyyət birliyinin təşkil edilməsini istəyib.

Azərbaycan Respublikası hökumətinin rəsmi dəvətilə dünyanın dini liderlərinin iclasında iştirak üçün Bakıya səfər edən Əbuzər Ebrahimi Torkəman bu gün günortadan öncə İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cəhanigirzadə və İranın Bakıdakı mədəniyyət attaşesi Əsğər Farsi ilə yanaşı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşüb və mədəniyyət həmkarlıqlarının genişləndirilməsi barədə onunla söhbət edibdir.

İranın İslami mədəniyyət və əlaqələr təşkilatının sədri bu görüşdən sonra IRIB-nin Bakı müxbiri ilə eksklüziv müsahibədə deyib: Bu iclasda bundan öncə İran İslam Respublikasının rəsmi kanalı vasitəsilə elan edilmiş xəzəryanı ölkələrin mədəniyyət birliyinin işə salınması təklifini bir araya qoydum. Cənab İlham Əliyev də bu təklifi rəğbətlə qarşlayaraq bildirdi ki, məsələni son dərəcə müsbət baxışla izləyəcək və bununla bağlı xəzəryanı ölkələrin hökumətlərilə söhbət edəcək ki, İran İslam Respublikasının bu təklifi qəbul edilmiş olsun.

Dünyanın dini liderlərinin iclası müxtəlif ölkələrin hökumət başçıları, din xadimləri və mütəfəkkirlərinin iştirakı ilə sabahdan etibarən iki gün müddətinə Bakıda keçiriləcək.

 

 

 

Şərhlər