Nov 18, 2019 15:02 Asia/Baku
  • ADR Hərəkatı icra hakimiyyətini məhkəməyə verir
    ADR Hərəkatı icra hakimiyyətini məhkəməyə verir

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Bakı şəhəri İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcəyini açıqlayıb.

Buna səbəb qurumun noyabrın 19-da keçirmək istədiyi piketə BŞİH-in razılıq verməməsi və bu üzdən aksiyanın təxirə salınması göstərilib.

«ADR Hərəkatı BŞİH-in uşaqpulunun bərpa olunması, pensiya yaşının aşağı salınması, təqaüd və müavinətlərin artırılması tələbləri ilə piket keçirilməsinə icazə verməməsini sərbəst toplaşmaq azadlığına müdaxilə sayır. Bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar çıxarılması məqsədilə məhkəməyə müraciət edir, bununla əlaqədar olaraq planlaşdırdığı piketi təxirə salır», - hərəkatın məlumatında yazılıb.

Bakı şəhəri İcra Hakimiyyətinin ADR Hərəkatına cavabında isə qeyd edilib ki, ərazidə piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq, orada toplantının keçirilməsi ictimai asayişin təmin edilməsi baxımından çətinlik yaradacaq.

ADR Hərəkatı 2014-cü ildə yaradılıb. Ona iqtisadçı Qubad İbadoğlu rəhbərlik edir.

Şərhlər