Apr 05, 2020 14:43 Asia/Baku
  • Bakıda icazəsiz hərəkət edən şəxslər müəyyən olunaraq, barələrində tədbirlər görülür
    Bakıda icazəsiz hərəkət edən şəxslər müəyyən olunaraq, barələrində tədbirlər görülür

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər icra olunur.

Bakı Şəhər Baş Polis İdarəsindən daxil olan məlumata görə, DİN əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Müvafiq icazə olmadan hərəkət edən şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

BAKIDA İCAZƏSİZ HƏRƏKƏT EDƏNLƏR MÜƏYYƏN EDİLİB

Şərhlər