İyul 19, 2020 07:12 Asia/Baku
  • Rusiya və AR müdafiə və xarici işlər nazirləri Qafqazın təhlükəsizliyi haqda danışıblar

Rusiya və Azərbaycan Respublikasının müdafiə və xarici işlər nazirləri ayrı-ayrı telefon söhbətləri aparıblar.

SəhərAzəri xəbər verir, Nazirlər son bir həftə ərzində Ermənistanla Azərbaycan Respublikası arasında baş verən sərhəd döyüşlərinə əsasən, bu bölgənin təhlükəsizliyi və Qafqazın durumu barədə söhbət ediblər.

Rusiya Müdafiə Nazirliyi bir açıqlamada bildirib: Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov öz telefon söhbətlərində «Armiya-2020» beynəlxalq texniki-hərbi toplantı və dünya ordularının altıncı oyunlarının keçirilməsi üzrə ilkin proqramların icrası da daxil olmaqla ikitərəfli gündəm üzrə mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qafqaz bölgəsinin vəziyyəti və Ermənistanla Azərbaycan Respublikası arasındakı döyüş bölgələrinin durumu, Rusiya və Azərbaycan Respublikası xarici işlər nazirlərinin telefon söhbətində də araşdırılıb.

Belə bir halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Respublikasının xarici işlər nazirl Ceyhun Bayramov iki ölkə arasındakı strateji həmkarlığın genişləndirilməsi üzrə qarşılıqlı əzmkarlığa təkid ediblər. Onlar Ermənistan və Azərbaycan Respublikasının sərhəd bölgəsindəki cari durum, həmçinin regional təhlükəsizlik və mühüm ikitərəli məsələlər barədə söhbət ediblər.

Rusiya və Azərbaycan Respublikasının xarici işlər nazirləri iki ölkə vətəndaşlarına öz ölkələrinə geri dönməkdə yardımı, həmçinin koronavirus və onun nəticələri ilə mübarizə məsələsi də daxil olmaqla iki ölkənin iş gündəmində duran məsələrin geniş spektri barədəki yaxın əməkdaşlıqları davam etdirmək haqda razılığa gəliblər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və bu ölkənin təhlükəsizlik şurasının üzvləri Moskvanın Ermənistanla Azərbaycan Respublikası arasında vasitəçilik etməyə hazır olduğunu vurğulayıblar.

Teqlər

Şərhlər