Sen 27, 2020 19:24 Asia/Baku
  • Taleh Bağırova mahnı həsr edənə hökm oxunub

“Müsəlman Birliyi” Hərəkatının üzvü Elvin Muradov (Mürvətoğlu) bugün, sentyabrın 25-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

SəhərAzəri xəbər verir, Bu barədə mediaya Elvin Mürvətoğlunun yaxınları məlumat verib.
Onların sözlərinə görə, hakim Tural Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə Elvin Mürvətoğlu özünə qarşı irəli sürülən ittihamları rədd edib. 
“Müsəlman Birliyi” Hərəkatının üzvü, şair Elvin Mürvətoğlunu polis bu il martın 13-də saxlayıb, Martın 14-də onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
Məlumata görə Elvin Mürvətoğlu Cinayət Məcəlləsinin (CM) 228.1-ci (Qanunsuz odlu silah saxlama) maddəsi ilə ittiham edilib.
Yaxınları isə bildiriblər ki, o, martın 13-də məscidə cümə namazı qılmaq üçün gedəndən sonra yoxa çıxıb.
Elvin Mürvətoğlunun yaxınları ittihamı qəbul etməyib, bunun uydurma olduğunu bildiriblər. Onların dediklərin görə, Elvin Mürvətoğlu “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırova həsr etdiyi mahnı oxuduğuna görə həbs olunub.
Taleh Bağırovun özü isə 2015-ci ildə baş verən Nardaran hadisələri zamanı həbs edilib.
Nardaran hadisələrində 6 nəfər həlak olub.
Taleh Bağırov və onlarla şəxs həbs edilib.
Saxlanılanlar qəsdən adamöldürmə və başqa cinayətlərdə ittiham ediliblər.
Amma onlar bu ittihamları qəbul etmirlər. Taleh Bağırov 20 il həbs cəzası alıb.

Teqlər

Şərhlər