İyul 27, 2015 22:38 Asia/Baku
  • Akif Nağı
    Akif Nağı

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Bakıda verdiyi bir sıra açıqlamalar xüsusən "müharibə dövrü artıq bitib" fikirləri Qarabağ Azadlıq Təşkilatı (QAT) tərəfindən reallıqdan uzaq açıqlama kimi dəyərləndirilir.

QAT sədri Akif Nağı amerikalı həmsədrin açıqlamalarına münasibətdə deyib: Reallıqdan uzaq bir açıqlamadır. Ceyms Uorlik istəklərini dilə gətirib. Amerika da, Avropa ölkələri də, Rusiya da qətiyyən istəmirlər ki, regionda yenidən müharibə alovlansın. Çünki müharibənin alovlanması onların bir sıra maraqlarına zərbə vura bilər. İstədikləri odur. Həm də onların planlarını poza bilər.
Akif Nağı qeyd edib: Amerika da, Rusiya da ciddi cəhdlə çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın istəklərinə uyğun olaraq həll olunsun. ABŞ-la Rusiya arasında bəlkə də yeganə məsələdir ki, Dağlıq Qarabağ məsələsində fikir ayrılığı yoxdur.

Teqlər