İyul 31, 2015 18:13 Asia/Baku
  • Amerika rəsmi Bakını tənqid edib
    Amerika rəsmi Bakını tənqid edib

ABŞ Dövlət Departamenti bir bəyanat yayaraq jurnalistləri və müstəqil hüquq fəallarını repressiya etdiyinə görə Azərbaycan Respublikası hökumətini tənqid edib.

Səhər Beynəlxalq Televiziyasının Azadlıq qəzetinə istinadla verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti Azərbaycan Respublikası hökumətinin jurnalistlərin fəaliyyəti prosesində məhdudiyyət tətbiq etməsini tənqid edərək bu ölkə hökumətindən öz vətəndaşlarının qanuni hüququna hörmətlə yanaşmasını istəyib.
Bu müraciətdə bildirilir: Azərbaycan Respublikası hökuməti bu ölkənin gələcək rifahı və stabilliyini açıq cəmiyyət və demokratiya yaratmaqla yarada bilər.
ABŞ Dövlət Departamentinin bəyanatı elə bir halda verilib ki, bu ölkənin özü beynəlxalq arenada insan haqları, o cümlədən miqrantların hüquqlarını pozanlardan biri olaraq tanınır.
Qeyd edək ki, hüquq müdafiə təşkilatları dəfələrlə Azərbaycan Respublikası hökumətini jurnalistlərə zor tətbiq etməkdə suçlayıb.

Teqlər