Avq 01, 2015 10:38 Asia/Baku
  • Rusiya Ermənistanda muzdlu ordu yaradır?
    Rusiya Ermənistanda muzdlu ordu yaradır?

Gümrü hərbi hissəsində çağırışçılar ixtisar edilir, onların yerini isə kontraktçılar tutur; Qərb diplomatı: “Kremlə münasibət həm də onun Qarabağ məsələsində özünü necə aparacağından asılı olacaq.”

Yeni Müsavat rəsmi məlumatlara istinadən yazır ki, hazırda Ermənistanın 102 saylı Gümrü hərbi bazasında 5 min rus əsgəri var. Obyekt ən müasir döyüş maşınları və sistemləri ilə təmin olunub. Gümrü bazası Ermənistanla yanaşı, NATO üzvü, Türkiyəyə görə Rusiya üçün xüsusi önəm kəsb edir.
Bu arada Gümrü hərbi bazasının şəxsi heyətinin 1000 nəfər ixtisar edildiyi haqda xəbər yayılıb. Erməni mənbələri hərbi bazaya yaxın mənbələrə istinadən yazıb ki, ixtisar bu ilin əvvəlində bazanın hərbi qulluqçusu Valeri Permyakovun 7 nəfərlik erməni ailəsini güllələməsindən sonra aparılıb.
Məlum qətl hadisəsindən sonra KİV-lər belə bir xəbər də yaymışdılar ki, 102 saylı bazanın heyəti bundan sonra yalnız kontraktçlılar (muzdlular) hesabına komplektləşdiriləcək. Bu barədə interfax.ru özünün Rusiya Silahlı Qüvvələri Baş Qərargahındakı mənbəyə istinadən məlumat vermişdi. Lakin Baş Qərargahın nümayəndəsi bildirmişdi ki, bununla bağlı qərar hələ ötən il qəbul edilib və məsələnin Gümrüdəki faciəyə heç bir dəxli yoxdur.
Əslində də belədir - Rusiya muzdlu ordu yaratmağa Permyakov olayına görə qərar verməyib - daha qlobal səbəblərdən buna gedib. Bu qərar, həmçinin yaxınlarda yaradılan və xarici ölkələrdə istifadə edilməsi nəzərdə tutulan Çevik Hərbi Qüvvələr qat-qat geniş kontekstdə, özəlliklə də Qərbə qarşı regionda daha güclü və etibarlı qarşılıq yaratmaq kontekstində verilib.






Teqlər