Avq 01, 2015 11:56 Asia/Baku
  • Kiprdə َAzərbaycanın dövlət rəmzi təhqir olundu
    Kiprdə َAzərbaycanın dövlət rəmzi təhqir olundu

İyulun 30-da Azərbaycanı Avropa Liqasında təmsil edən "Qəbələ" üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin "Apollon" klubunun qonağı olub.

1:1 hesabı ilə başa çatan oyunun sonlarına yaxın "Antonis Papadopulos" stadionunda xoşagəlməz hadisələr yaşanıb.
"Qəbələ"nin kapitanı Cavid Hüseynovun bərabərlik qolundan sonra isə yerli azarkeşlər meydana yad əşyalar atmağa başlayıb.
Yerli azarkeşlər Azərbaycan bayrağını təhqir edib. Azərbaycanın dövlət rəmzini parçalayan kiprli fanatlar bayrağı tribunadan asıblar.

Teqlər