Okt 05, 2015 13:59 Asia/Baku
  • "Azəryolservis"də böhran - iki aydır maaş verilmir

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin işçilərinə iki aydır ki, maaş verilmir.


Bu barədə azadliq.info-ya adıçəkilən qurumdan məlumat daxil olub. İşçilər deyirlər ki, rəhbərlik maaş böhranının səbəbini izah etmir. "Heç nə demirlər. Biz isə iki aydır ki, gözləyirik", - deyə işçilər bildirirlər.

Onların sözlərinə görə, xüsusilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin rayondakı idarələrində vəziyyət gərgindir. İşçilər deyirlər ki, indiyə qədər bu qurumda maaş böhranı olmayıb. "Azəryolservis"in tarixində belə bir şey olmayıb. Həmişə maaşımızı vaxtında almışıq. Amma artıq iki aydır ki, böhran yaşanır", - deyə işçilər vurğulayıblar.

Yada salaq ki, bir müddət əvvəl "Azəryolservis"də ixtisarlar olub. Bəzi iddialara görə, qurumun nəzdindəki idarələrin əhəmiyyətli hissəsi ləğv edilib. Nəticədə xeyli işçi ixtisara düşüb.