Okt 06, 2015 17:11 Asia/Baku
  • QMİ Ərəbistan hava yolları şirkətinin cəzalandırılmasını istədi
    QMİ Ərəbistan hava yolları şirkətinin cəzalandırılmasını istədi

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanlı zəvvarların vətənə qayıdışında yaranan gecikmə və problemlərə görə, Flynas Air şirkətinin cəzalandırılmasını istəyib.

APA bu barədə bildirir: Səudiyə Ərəbistanı QMİ ilə imzaladığı müqavilədə Azərbaycanlı zəvvarların vətənə qaytarılması məsuliyyətini öz üzərinə götürüb. Amma, Flynas Air şirkəti öz öhdəliyinə əməl etməkdən boyun qaçırdıb. Bu da Ciddə hava limanında sıxlığın yaranmasına səbəb olub. Buna görə də QMİ Ərəbistan dövlətindən qeyd edilən hava yolları şirkətini cəzalandırmasını istəyir.
Xatırladaq ki, Flynas Air hava yolları şirkəti Səudiyyə Ərəbistanının yeganə hava yolları şirkətidir və Ali-Səud ailəsinə məxsusdur. Bu şirkət dövlət büdcəsi ilə fəaliyyət göstərir. Bu şirkət ilə Azərbaycan Hava Yolları Şirkəti AZAL arasında zəvvarların köçürülməsi ilə bağlı bir anlaşma imzalanıb. Bu anlaşmaya əsasən, Flynas Air Azərbaycanlı zəvvarların daşınmasını məsuliyyətini öz üzərinə götürüb.

Teqlər