Okt 07, 2015 21:15 Asia/Baku
  • Araz Azad Ticarət Zonasının icraçı müdirinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ilə görüşü
    Araz Azad Ticarət Zonasının icraçı müdirinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ilə görüşü

Araz Azad Ticarət Zonasının iqtisadi və sərmayə qoyuluşu heyətinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ilə görüşündə ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsinə təkid edilib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Araz Azad Ticarət Zonasının inkişaf prosesindən razılıq edərək, bu məntəqədə aktiv və güclü sənayenin olduğunu vurğulayıb və deyib: Araz Azad Ticarət Zonası qonşu ölkələrin o cümlədən Naxçıvanın ehtiyaclarının təmin edilməsində mühüm rola malik olub və biz dost və qonşu ölkə olan İranda öz sərmayələrimizi əlavə gəlirə çevirməyə, mövcud imkanlardan CİS hövzəsi ölkələrinin ehtiyaclarının təmin edilməsi üçün istifadəyə hazırıq.
Araz Azad Ticarət Zonasının icraçı müdiri Xadim Ərəb Baği də bu görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsində iş adamları və sərmayə sahiblərinin rolunu önəmli adlandırıb və deyib: İqtisadiyyat sahəsində fəaliyyət göstərənlər öz istehsal və sənaye imkanlarını bir araya gətirərək, iki ölkə arasında ticarət mübadiləsinin daha da genişlənməsinə kömək edə bilərlər.
Ərəb Baği Naxçıvanı İran və Rusiya rasında mühüm körpü adlandırıb və deyib: Biz tam əminliklə və minimum xərclə öz məhsullarımızı Naxçıvan yolu ilə 300 milyonluq Rusiya bazarına çıxarda və qarşılıqlı olaraq, Araz Azad Ticarət Zonası bu istiqamətdə bu ölkəyə lazımi xidmətlər göstərə bilər.

Teqlər