Noy 26, 2015 13:02 Asia/Baku
  • 5 səfir geri çağırıldı
    5 səfir geri çağırıldı

Azərbaycan Respublikası prezidenti İlham Əliyev xarici ölkələrdə Azərbaycan dövlət təmsilçilərindan olan 5 səfir və 3 konsulu geri çağırdı.

Bu səfir və konsullar Türkiyə, BMT-nin Cenevrə şəhəri, Argentina, Paraqvay, Boliviya, Çili, Uruqvay, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya, Türkmənistan, Əfqanıstan və Qazaxıstanda fəaliyyət göstərirdilər.
Bir müddət öncə baş nazirin müavini Əli Əhmədov bildirmişdir ki, qanunu pozmuş, cənab prezidentin etimadını doğrultmamış, hardasa bu etimada xəyanət etmiş şəxslər ciddi cəzalanacaq.
Qeyd edək ki, son bir ay ərzində Azərbaycan milli təhlükəsizlik və rabitə və yüksək texnologiyalar nazirləri işdən çıxarılıb, hər iki nazirliyin bir neçə yüksək vəzifəli əməkdaşı həbs edilib.

Teqlər