Fev 09, 2016 13:22 Asia/Baku
  • Misir və İsrailin əlaqələri ifşa olundu
    Misir və İsrailin əlaqələri ifşa olundu

Sionist rejimin energetika nazirinin yanlışlığı Qəzzə sərhəd tunellərinin dağıdılması üçün İsrail və Misirin əməkdaşlığını ifşa edib.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, bir qrup ekspert və təhlilçi bildirib ki, Misir prezidenti Əbdülfəttah Sisinin sionist rejimin müraciəti ilə Qəzzə zolağının Misirlə sərhədində yerləşən tunelləri su ilə doldurmasına əsaslanan Yuval Steinitzin ifşaçılığı Misirin bu tunellər barəsindəki yalanlarını əks etdirir.

Bu ekspertlər bildiriblər: Bu ifşaçılıq Misirlə Qüdsü işğal etmiş rejim arasında strateji siyasi və hərbi əməkdaşlığı nümayiş etdirir.

Təhlilçilərdən biri Vəlid əl-Müdəlləl deyib: İsrailin energetika nazirinin açıqlaması təhlükəli bir addım hesab olunur və bu tunellərə suyun doldurulmasının İsrail və Misirin müştərək planlarından olmasına dair bəzi müşahidəçi tərəflərin iddiasını təsdiqləyir.

O xatırladıb: Misir hökuməti İsraillə münasibətlər çərçivəsində Fələstin xalqını repressiyaya əl atır.

Digər tərəfdən sionist məsələləri üzrə tədqiqatçı Saleh əl-Nəami deyib: Steinitzin açıqlaması Misirin İsraili dəstəkləməsinə dair İsrailin ilk rəsmi etirafı deməkdir.

Saleh əl-Nəami əlavə edib: Qəzzə zolağı ilə Misirin sərhəd zolağında su kanalının yaradılmasında Qahirənin məqsədi İsrailin təhlükəsizliyini qorumaqdır.