Fev 09, 2016 20:04 Asia/Baku
  • İran İslam İnqilabının qələbəsinin ildönümü Bakıda qeyd edildi
    İran İslam İnqilabının qələbəsinin ildönümü Bakıda qeyd edildi

Azərbaycanda yaşayan iranlılar İran İslam İnqilabının qələbə çalmasının 37-ci ildönümünü qeyd ediblər.

İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən bu mərasimdə Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaq Nejad çıxış edərək, İmam Xomeyninin (r.ə) hərtərəfli rəhbərliyini İran İslam İnqilabını qələbəyə aparan başlıca amil adlandırıb və deyib: İmam Xomeyni (r.ə) İran xalqının qəlbində malik olduğu sevgi hesabına İslam İnqilabını qələbəyə götürə bildi.

Daha sonra İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakayin də bu mərasimdə çıxış edərək, İslam İnqilabının nailiyyətlərindən o cümlədən nüvə müzakirələrindəki diplomatik uğurlarından danışıb və deyib: İran xalqı 12 il müqavimət göstərərək, sonda belə bir uğurun əldə edilməsinə nail olub.

Mərasimin davamında müxtəlif mədəni proqramlar icra edilib, təranələr səsləndirilib, tamaşalar səhnələşdirilib və İnqilab mövzusu ilə bağlı şer oxunub.