Mart 01, 2016 12:23 Asia/Baku
  • Avropa Birliyi Azərbaycanda cənub qaz dəhlizinin icrasını dəstəkləyir
    Avropa Birliyi Azərbaycanda cənub qaz dəhlizinin icrasını dəstəkləyir

Avropa Birliyi Azərbaycan Respublikasında cənub qaz dəhlizi layihəsinin icra olunmasını dəstəkləyib və bu layihənin icrasını siyasi və iqtisadi cəhətlərdən önəmli adlandırıb.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ötən gün günortadan sonra Bakıda jurnalistlərlə keçirdiyi mətbuat konfransında bu məsələni bildirərək deyib: Bu layihənin icrası təkcə qaz ixracının genişlənməsi deyil, siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi baxımında region üçün bir töhfə hesab olunur.

O Azərbaycan Respublikasını Cənub Qaz Dəhlizi layihəsinin icrası üzrə Məsləhət Şurasının 2-ci iclasının keçirilməsi və bu qaz layihəsinin icrası üzrə alqışlayıb və deyib: Bu qaz dəhlizi layihəsinin icrası Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında ikitərəfli əlaqələrdə yeni mərhələni açır.

Federika Mogerini bu konfransda həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllini vacib adlandırıb və deyib: Avropa Birliyi Cənubi Qafqazda sülhün yaradılması və qorunması üçün öz səylərini ciddi şəkildə davam etdirəcək.

Bildirilir ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası üzrə Məsləhət Şurasını 2-ci iclası ötən gün Azərbaycan Respublikası qazının Avropa bazarlarına nəql olunması məqsədilə Azərbaycan Respublikası, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, Bolqarıstan, İtaliya, Monteneqro, Xorvatiya və Serbiya energetika nazirləri, eləcə də

ABŞ Dövlət Departamentinin enerji məsələəri üzrə xüsusi nümayəndəsi, İngiltərənin Energetika Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin baş direktoru və Avropa Komissiyasının energetika məsələləri üzrə rəhbərinin birinci müavinin iştirakı ilə Bakıda keçirilib.

Cənub Qaz Dəhlizi layihəsi Avropa Birliyinin dəstəklədiyi əsas enerji layihələrindən biridir və ildə Azərbaycanın 10 milyard kubmetr qazının Gürcüstan və Türkiyə vasitəsi ilə Avropaya nəql olunmasına şamil olur.

Teqlər