Mart 30, 2016 10:14 Asia/Baku
  • Bakıda Xanım Fatimənin(s.ə) mövlud mərasimi keçirilib
    Bakıda Xanım Fatimənin(s.ə) mövlud mərasimi keçirilib

Azərbaycanın paytaxtı Bakı şəhərində Xanım Fatimənin(s.ə) mövlud günü münasibəti ilə xüsusi mərasim keçirilib.

İRNA-nın verdiyi məlumata görə, bu mərasim Əhl-Beyt(ə) aşiqlərinin geniş iştirakı ilə İranın Bakıdakı mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhriyar mədəniyyət evində keçirilib.

Quran ayələrinin tilavəti ilə başlanan bu mərasimdə Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejad bu əziz gün münasibəti ilə mərasim iştirakçılarını təbrik edib.

O, İslam Peyğəmbərindən(s.ə.s) nəql olunan hədislərə işarə edərək, deyib: Allah Tala Xanım Fatiməyə(s.ə) də böyük məqam və fəzilət əta edib. Belə ki, Qiyamət günü Xanım Fatimə(s.ə) də şəfaət haqqına malik olacaq.

İranın Azərbaycandakı mədəniyyət attaşesi İbrahim İbrahimi də bu mərasimdəki çıxışı zamanı Xanım Fatimənin(s.ə) şəxsiyyətini tanımağa təkid edib və o xanımı mərifət və fəzilət dəryası adlandırıb.

Mərasimin davamında icra olunan müxtəlif proqramlar iştirakçıların zövqünü oxşayıb.

Teqlər