İyun 09, 2016 10:42 Asia/Baku
  • Serj Sarkisyan
    Serj Sarkisyan

Ermənistan prezidenti azərbaycanlı həmkarının onun barəsindəki sözlərini "uşaqlıq" adlandırıb.

Turan bildirir ki, Serj Sarkisyan çərşənbə günü İlham Əliyevin sözlərinə etiraz olaraq Azərbaycan prezidentinin "qərarsız" vəziyyətdə olduğunu deyərək, onun ciddi məsələlər barədə düşünmək yerinə hələ də "uşaqlıq" oyunlarını davam etdirdiyini bildirib.

“İlham Əliyev bir neçə gün sonra mühüm məsələləri müzakirə etməyə hazırlaşdığı prezident haqqında təhqiramiz ifadələr işlədib. Ümid edirəm ki, bu, müvəqqəti hal, “uşaqlıqdır” və keçəcək, çünki bizim qarşımızda ciddi iş durur. Və ümid edirəm ki, Vyana danışıqlarını pozmaq cəhdləri şüurlu davranış deyil”, deyə Sarkisyan bildirib.

Xatırladaq ki, İlham Əliyev 4 iyun çıxışında bildirib ki, Sarkisyan aprelin əvvəllərində Qarabağda döyüş əməliyyatları haqqında danışarkən dörd dəfə yalan danışıb. Yalan ermənilərin itirdiyi ərazilərin ölçüsünə, döyüş əməliyyatlarına ilk kimin başlamasına, tərəflərin itkilərinin nə qədər olması və s. ilə bağlıdır

Teqlər