İyul 24, 2016 09:41 Asia/Baku
  • Müstəqil vəkillərin Tale Bağırzadəni müdafiə etmək icazəsi yoxdur
    Müstəqil vəkillərin Tale Bağırzadəni müdafiə etmək icazəsi yoxdur

Azərbaycan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, 16 dini fəal, həmçinin Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının ittihamının araşdırılması üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Müstəqil vəkillərin onların hüquqlarını müdafiə etmək icazəsinə malik olmadıqlarına görə, dövlət vəkilləri bu vəzifəni üstləniblər. 

Nuraz.com saytının məlumatına görə, məhkəmənin ilk iclasında çoxlu saxta sənədin təqdimatı olub. Hökumət əleyhinə Milli Şura ilə əməkdaşlıq üzrə yalan etiraf, dini fəallar, xüsusilə Tale Bağırzadənin ağır işgəncələrinin səbəbidir. 

Tale Bağırzadə deyir ki, təsəvvür etdiyindən ağır işgəncələr altında ondan Əli Kərimli və Cəmil Həsənli ilə əməkdaşlıq etdiyini etiraf etməsini istəyirmişlər. 

Qeyd edək ki, Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Qəhrəmanlının Nardaran hadisəsi ilə əlaqəsi yoxdur. 

Sual olunur ki, məhbus islamçıları hökumətə müxalif partiyalarla əlaqələndirməkdə Bakı Ağır Cinayətlər Məhkəməsinin məqsədi nədir?