Avq 05, 2016 12:55 Asia/Baku
  • Azərbaycanda
    Azərbaycanda "Kəramət Günləri"nin proqramları

Bakıda Həzrət Məsumənin (s.ə) səadətli viladətinin ildönümü şənliyinin keçirilməsi ilə "Kəramət Ongünlüyü"nün proqramları başlanıb.

Səhər beynəlxalq televiziyasının məlumatına görə, Tədbir İranın Azərbaycan Respublikasındakı səfirliyinin Şəhriyar Mədəniyyət Evində Əhli-Beyt (ə) aşiqləri və vurğunlarının iştirakı ilə keçirilib. Azərbaycanın Əhli-Beyt (ə) şairlərindən ikisi imamət səmasının 8-ci parlaq ulduzu Həzrət İmam Rzanın (ə) və kəramət xanımı Həzrət Məsumənin (s.ə) barəsində şerlərini oxuyub və bu ölkə məddahları bu barədə mövludiyyələr oxuyublar. 

Tədbirin davamında Rəsul Sədr Amilinin İmam Rza (ə) mövzusunda çəkdiyi "Gecə" filmi ekranlaşıb. 

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesinin bildirdiyinə əsasən, Kəramət Ongünlüyü ilə yanaşı Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşlığı və Qüds Rəzəvi xidmətçilərinin iştirakı ilə Bakı, Sumqayıt və Lənkəranda xüsusi tədbirlər keçiriləcək. 

Teqlər