Avq 05, 2016 14:05 Asia/Baku
  • Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı
    Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib: Ermənistan prezidenti Serj Sarkisyanın son açıqlaması bu ölkənin işğalçılıq ruhiyyəsini və bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçılığı qaldırmaq niyyətində olmadığını əks etdirir.

Bakıda Səhər-in müxbirinə müsahibə verən Akif Nağı əlavə edib: Ermənistan prezidentinin ölkədə güclü ictimai etirazlar qarşısında öz hökumətinin uğursuzluqlarını əsaslandırmaq məqsədilə etdiyi son açıqlama əsasən Ermənistan ictimaiyyəti üçün nəzərdə tutulmuş açıqlamadır. Lakin bu açıqlama beynəlxalq dairələr və Azərbaycan üçün ciddi mesaja malikdir və göstərir ki, Azərbaycan tərəfi daha diqqətli olmalıdır. Çünki Ermənistan prezidentinin sülh müzakirələrində məqsədi işğal olunmuş ərazilərin geri qaytarılması deyildir. Əksinə bu ölkə hökuməti müzakirələrin müddətini uzatmaqla Azərbaycan ərazilərinin geri qaytarılmasına mane olmağa çalışır.

Teqlər