Sen 05, 2016 14:09 Asia/Baku
  • İran XİN sözçüsü Bəhram Qasimi
    İran XİN sözçüsü Bəhram Qasimi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun aclıq aksiyasından narahatlığını bildirərək Azərbaycan hökumətinə tövsiyə edib ki, həqiqi müsəlmanlara dəyər verərək radikal vəhhabi qruplara şərait yaratmasın.

İran XİN sözçüsü Bəhram Qasimi bütün ölkələrin, o cümlədən qonşu ölkələr və digər ölkələrin bütün daxili məsələlərinin özlərinə aid olduğuna və İran İslam Respublikasının heç bir müdaxilə etmədiyinə toxunaraq bu ölkənin həqiqi müsəlmanlarına dəyərin verilməsini istəyib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib: Hər bir ölkədə müsəlmanlarla əlaqədar, təsəvvür budur ki, əgər müsəlmanlar hər bir ölkənin qanuni parametrləri çərçivəsində fəaliyyət göstərirlərsə, bir qayda olaraq onlarla sərt davranılmamalıdır. Çünki belə davranışlar qeyri-münasib sonluqla nəticələnir. Onun nəticəsi radikal qrupların yaranması və inkişaf etməsidir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü şimal qonşunun rəsmilərinə də diplomatik tövsiyə edib.

Qasimi əlavə edib: Bizim Azərbaycan rəsmiləri və hər bir başqa ölkənin rəsmilərinə tövsiyəmiz budur ki, öz ölkəsinin qanunları çərçivəsində dini fəaliyyət göstərən müsəlmanlara fəaliyyət etmək icazəsi versinlər və bu yolla təkfirçi və radikal hərəkətlərə mane olsunlar.

Teqlər