Sen 24, 2016 18:08 Asia/Baku
  • Azərbaycanda referendum ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bu ölkədə konstitusiyaya dəyişiklik üzrə referendumun təhlükəsizliyinin təmin olunması üçün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.

Turan İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan DİN bu gün bildirib: 26 sentyabrın yaxınlaşması və konstitusiyaya əlavələr üzrə referendumun keçirilməsini nəzərə alaraq, ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təcili yardım şöbəsinin rəhbəri Cavadov da deyib: Referendum günü ölkənin müxtəlif şəhərlərində təcili yardım şöbələrinin bütün qüvvələri seçki məntəqələrində olacaqlar. 

Azərbaycanda konstitusiyaya dəyişiklik üzrə referendum müxalif partiya və ictimai etirazlara baxmayaraq, 26 sentyabrda keçiriləcək.