Sen 24, 2016 20:17 Asia/Baku
  • Azərbaycan referenduma hazırlaşır

Azərbaycan Respublikası 26 sentyabrda konstitusiyaya dəyişikliklər üzrə referendumun keçirilməsi üçün 5627 seçki məntəqəsini nəzərdə tutub.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib: Bu referenduma nəzarət üçün dünyanın 34 ölkəsindən 90 beynəlxalq müşahidəçi Azərbaycana gələcək.

Pənahov əlavə edib: Beynəlxalq müşahidəçilərdən əlavə, 53 min 300 nəfər də Azərbaycanda bu seçkilərin daha yaxşı keçirilməsinə nəzarət edəcək.

Konstitusiyaya əlavələr layihəsinə əsasən, prezidentin 1-ci müavini və müavinləri vəzifələri yaradılacaq və bu şəxslər prezident tərəfindən təyin olunacaq və kənarlaşdırılacaq.

Həmçinin bu layihəyə əsasən, prezidentlik müddəti 5 ildən 7 ilə uzadılacaq və prezidentlik üçün namizədlərin yaş müddəti azalacaq.

Milli Məclisin ləğvi formatı, beynəlxalq və dövlətlər arasında müqavilələrin imzalanma haqqı, şəhər şuralarının səlahiyyəti və məsuliyyəti, konstitusiyaya dəyişikliklər layihəsinin önəmli müddəalarından hesab olunur.

Konstitusiyaya dəyişikliklər üzrə referendumun nəticələri 2016-cı il oktyabrın 21-də elan olunacaq.