Okt 21, 2016 10:19 Asia/Baku
  • Hacı Tale Bağırov
    Hacı Tale Bağırov

Azərbaycan Respublikasında ictimai fəalların həbsi artıb. Bunu ABŞ mənzilli beynəlxalq insan haqları təşkilatı HRW - Human Rights Watch son hesabatında deyir.

Human Rights Watch deyir ki, Azərbaycanda narazılıq güclənib. Devalvasiya, inflyasiya, referendum. Bunlar camaatı narazı salıb. Hesabata görə, il girəndən 20 siyasi fəal həbs olunub.

Human Rights Watch daha sonra deyir ki, Nardaranda, hökuməti tənqid edən 68 nəfəri həbs eləyiblər. Müsəlman Birliyinin sədri Taleh Bağırovu, başqa 17 nəfəri dövlət çevrilişinə cəhddə, qanunsuz silah saxlamaqda, çevrilişə cəhddə günahlandırırlar. Azərbaycan hökuməti bu tutulanların hamısının hansısa qanunu pozduğunu deyir.

Azərbaycan Respublikası parlamentinin İnsan haqları komitəsinin üzvü, YAP-çı deputat Hikmət Məmmədov reaksiya olaraq bildirib ki, “Azərbaycanda siyasi məhbus yoxdur. Ona görə “Human Rights Watch”un çağırışı da yerində deyil”.

 

 

Teqlər