Okt 21, 2016 20:23 Asia/Baku
  • iki gənc dindar həbs olundu
    iki gənc dindar həbs olundu

İslamazeri.az-nın məlumatına görə, Tural Allahverdiyev və Elşən Məhərrəmov adlı gənc dindarların dünən məhkəmə iclası keçirilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onlara 10 sutka həbs cəzası verilib.

Yaxınları bildirir ki, yardım məqsədi ilə pul yığıb fırıldaqçılıqla məşğul olan şəxsləri ifşa etməyə çalışan Tural və Elşən, elə həmin şəxslər tərəfindən şikayət edilərək saxlanılıblar.

Gənclər Binəqədi Müvəqqəti Saxlanma təcridxanasındadır.

 

Məlumat üçün qeyd edək ki, Tural Divanə ləqəbi ilə tanınmış Tural Allahverdiyev və Elşən Fədai ləqəbi ilə tanınmış Elşən Məhərrəmov dini şerlər və qəzəllər yazmaqla yanaşı, islamçı məhbuslara həsr etdikləri bir neçə şeir, o cümlədən mahnılar oxuyublar.

 

 

 

Teqlər