Okt 22, 2016 17:48 Asia/Baku
  • İran İslam Respublikası Ordusu Dəniz Qoşunlarının hərbi gəmi qrupunun Azərbaycana səfəri başa çatıb

İran İslam Respublikası Ordusu Dəniz Qoşunlarının gəmi qrupu Bakı limanında 4 gün qaldıqdan sonra Azərbaycan Respublikası Dəniz Qoşunlarının yüksək səviyyləli komandanları tərəfindən yola salınaraq bu limanı İranın Ənzəli Limanı istiqamətində tərk edib.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, Dəmavənd və Cövşən gəmilərindən ibarət bu gəmi qrupu 19 oktyabrdan sülh və dostluq müraciəti ilə Bakı limanına yan alıb və bu limanda olduğu müddətdə iki tərəfin iştirakı ilə müxtəli proqramlar təşkil edib. 

İranın ezam olunan gəmi qrupunun 1-ci dərəcəli gəmi kapitanı Əbdülhüseyn Zəfəri bu səfərin sonunda Azərbaycan Respublikası Dəniz Qoşunları komandanlarının qonaqpərvərliyini alqışlayaraq deyib: Azərbaycan Respublikasında olduğumuz müddətdə bu ölkənin Dəniz Qoşunlarının yüksək səviyyəli komandanları ilə müştərək iclaslarımız oldu və bu iclaslarda regiondan kənar qüvvələr və əcnəbilərin iştirakı olmadan Xəzər dənizinin təhlükəsziliyinin təmin olunması vurğulandı və əslində biz İran İslam Respublikası xalqının əzəməti və iqtidarını dünyaya əks etdirə bildik. 

Bu gəmi qrupunun Azərbaycan Respublikasında olduğu müddətdə bu ölkədə yerləşən 14 ölkənin hərbi attaşesi gəmi qrupu, bu gəminin dizaynı və istehsalını film və şəkillər çərçivəsində onunla yaxından tanış olub və İran qüvvələrinin bu sahədəki inkişafını alqışalayiq adlandırıb. 

Azərbaycan Respublikası Dəniz Qoşunları komandanı polkovnik Hicran Rüstəmzadə də bu gəmi qrupu ilə yaxından tanış olub və gəminin komandanı ilə görüşüb. 

O bu görüşdə İran Ordusunun Dəniz Qoşunlarının hərbi gəmilərin istehsalı və beynəlxalq sulardakı iştirakı sahəsindəki potensialını alqışalayiq adlandırıb və gəminin xatirə dəftərinə ürək sözlərini yazıb. 

Azərbaycan Respublikası Dəniz Qoşunları komandanı bu səfərləri əhəmiyyətli adlandıraraq gələcəkdə Azərbaycan gəmilərinin də İrana ezam olunacağına ümid edib.